"Bavariya"dan ayrılan Tomas Müller təqaüdü düşünmür.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçunun karyerasını ABŞ-da davam etdirəcəyi gözlənilir. Onunla iki MLS klubu yaxından maraqlanır.
Bu barədə "Sky DE" məlumat yayıb.
Müller 25 ilin ardından bu yay "Bavariya"dan ayrılıb. O, Almaniya nəhənginin tarixində ən çox oyuna çıxan futbolçudur.



