Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, "Radomyak"dan ayrılan 26 yaşlı futbolçu yenə Polşada qalıb. Onun yeni komandası "Motor" olub.

O, azad agent kimi Lyublin təmsilçisinə qoşulub.

Bu barədə klubun rəsmi saytından məlumat verilib.

R. Dadaşov keçidi barədə bunları deyib:

"Mən çox şadam ki, "Motor" komandasına transfer oldum. Yeni çağırışlara hazıram. Ümid edirəm ki, azarkeşlərin dəstəyi ilə bu həftənin bazar günü 3 xal qazanacağıq".

Qeyd edək ki, bu həftəsonu Polşa çempionatında yeni mövsüm start götürür. "Motor" ilk matçında, iyulun 20-də "Arka"nı qəbul edəcək.

Onlar son mövsümdə Ekstraklasada 7-ci yeri tutmuşdu.