"Zenit" klubu "Roma"nın da maraqlandığı Riçard Rios üçün "Palmeyras"a 30 milyon avro təklif edib.
Offsideplus.az xəbər verir ki, lakin kolumbiyalı futbolçu "Zenit"ə "yox" deyib. O, "Roma"ya transfer olmaq istəyir.
İtaliya klubu isə hələlik "Palmeyras"la razılığa gələ bilməyib. Onlar 24 milyon avro təklif edir, Braziliya klubu isə 30 milyon istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Benfika" da onunla maraqlanan klublardan biridir.
R. RIos 2023-cü ilin martından "Palmeyras"da çıxış edir. O, burada 137 oyunda 11 qol vurub və 10 məhsuldar ötürmə edib.



