"Çelsi" PSJ-ni məğlub edərək Klublararası Dünya Çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, onlar eyni zamanda "kassa"sını da doldurub. "Zadəganlar" bu turnirdən 129.5 milyon dollar qazanıb.

London klubu cari mövsümü iki kubokla başa vurub: Konfrans Liqası və KDÇ

Entso Mareska ötən ilin yayında götürdüyü komanda ilə heç də pis iş çıxarmadı. Bu yayda heyətini gücləndirməyə davam edən "Çelsi"nin növbəti mövsüm necə çıxış edəcəyi böyük maraq doğurur.