Azərbaycan çempionu "Qarabağ"ın rəhbərliyi Redon Cica ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

26 yaşlı albaniyalı hücumçu karyerasını Əlcəzairin SSPA Şabab Riadi Beluizdad” komandasında davam etdirəcək.

Qeyd edək ki, 2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən Cica 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub.

O, 73 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə verib.