37 yaşlı Nikolas Otamendi daha bir mövsüm "Benfika"da çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, argentinalı müdafiəçi başa çatan müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otamendi 2020-ci ildən "Benfika"da çıxış edir. O, başa çatan mövsüm 53 oyunda 8 qol vurmağı bacarıb.