"Əl-Hilal" klubu Teo Hernandes üçün israrını davam etdirir.
Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu fransalı futbolçu üçün yenidən danışıqlara başlayıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Hilal" onun üçün "Milan"a 30+5 milyon avroya ödəməyə hazırdır. Lakin hər şey Teodan asılıdır. Son qərarı fransalı sol cinah müdafiəçisi verəcək.
Qeyd edək ki, Klublararası dünya çempionatından öncə tərəflər arasında danışıqlar baş tutsa da, 27 yaşlı futbolçu S. Ərəbistana transfer olmaq istəməmişdi.