İtaliya yığmasını Klaudio Ranyerini çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, Luçano Spalletini əvəzləməyə əsas namizəd 73 yaşlı mütəxəssisdir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ranyeri son olaraq "Roma"nı çalışdırıb. O, ötən il təqaüdə çıxsa da, "canavarlar"ın təklifinə yox deyə bilməmişdi.

Təcrübəli mütəxəssis 39 illik karyerasında yalnız Yunanıstan milli komandasını çalışdırıb. Bu, onun yığmadakı ikinci işi olacaq.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası ötən gün Spallettinin vəzifəsinə son verib.