İngiltərə yığmasının qapıçısı Cordan Pikford dünən keçirilən Andorra ilə matçda milli forma ilə 76-cı oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, bununla da 31 yaşlı çərçivə qoruyucusu İngiltərə milli komandasının tarixində ən çox matça çıxan 2-ci qapıçı olub.
Rekord isə Piter Şiltona məxsusdur. O, 126 oyunda meydanda olub.
Qeyd edək ki, İngiltərə Andorranı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Harri Keyn vurub.