Portuqaliya milli komandasının kapitanı, dünya ulduzu Kriştiano Ronaldu "Barselona"nın aparıcı futbolçularından biri Lamin Yamalla öz oğlu arasında müqayisə aparıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu bu iki yeniyetmə futbolçu arasında oxşarlıq olduğunu bildirib.

"Mən Lamin Yamalla oğlum Kriştiano arasında oxşarlıq görürəm: onların hər ikisinin dərisi qaradır, saç düzümləri bənzəyir və yaş fərqi cəmi 3 ildir", - deyə Ronaldu nəzərə çatdırıb.

Qeyd edək ki, bu gün UEFA Millətlər Liqasının finalında İspaniya və Portuqaliya üz-üzə gələcək. Bu oyun ərəfəsində bütün diqqətlər məhz ata Kriştiano Ronaldu ilə ispaniyalı vunderkind Lamin Yamala yönəlib.