"Araz-Naxçıvan" qapıçısı Kristian Avram Moldova yığmasında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Moldova komandası yoldaşlıq qarşılaşmasında Polşa ilə üz-üzə gəlib. Görüş Polşanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça əsas heyətdə başlayan K. Avram sona qədər meydanda qalıb. Bu, onun əsas milli komandada 12-ci oyunu olub.