"Milan"ın futbolçusu Teo Hernandes "Əl-Hilal"ın təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, fransalı sol cinah müdafiəçisi karyerasını Avropada davam etdirmək istəyir. Səudiyyə Ərəbistan klubu ona illik 18 milyon avro məvacib təklif etmişdi.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Teo 2019-cu ildən "Milan"da çıxış edir. Onun İtaliya klubu ilə bir mövsümlük müqaviləsi qalıb.