"Benfika"dan ayrılan Anxel Di Mariya doğma vətəninə qayıdıb.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu yetirməsi olduğu "Rosario Sentral"a transfer olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Di Mariya son 2 mövsümü "Benfika"da keçirmişdi.
O, 1992-ci ildə daxil olduğu "Rosario Sentral"dan 2007-ci ildə ayrılmışdı. Argentinalı 18 illik Avropa karyerasından sonra doğma klubuna dönüb.