Növbəti mövsümdən VAR-a daha çox səlahiyyət verilməsi ilə bağlı müzakirələr davam edir.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

“Challenge”ın həyata keçirilməsi ideyası, yəni baş məşqçilərin mübahisəli epizodlarda VAR tələb etməsi hazırda mümkün görünmür.

Beləliklə, yaxın aylarda nə dəyişə bilər? Hazırda qadağan olunan “ikinci sarı vərəqə üçün VAR müdaxiləsi” məsələsi yenidən müzakirə olunur. Mövcud VAR protokolu oyun zamanı pozuntulara görə yalnız birbaşa qırmızı vərəqələrə müdaxilə etməyə imkan verir. Bununla belə, şiddətli müdaxilə səbəbindən ikinci sarı vərəqə tələb olunan vəziyyətlər üçün də VAR-ın qərarı nəzərdən keçirilir.

Bundan başqa səhv təyin edilmiş künc zərbəsindən qol vurularsa, VAR-ın müdaxilə etməsi gündəmə gələ bilər. Başqa sözlə, səhv künc qərarından sonra vurulan qol ləğv edə bilər".