Mahir Emreli Avropada ən yaxşı mövsümlərindən birini geridə qoyub.
Azərbaycan millisinin hücumçusu "Qarabağ"dan 2021-ci ilin yayında ayrılıb.
O, "Legiya"ya transfer olub. Burada 33 oyun keçirib və 11 qol vurub.
Lakin burdakı karyerası uzun çəkmir, azarkeşlərlə problem yaşayan Mahir 2022-ci ilin fevralında Zaqreb "Dinamo"suna qoşulub.
O, Xorvatiya klubunda ümumilikdə 47 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
M. Emreli eyni zamanda 2022-23 mövsümünün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib. O, Super Liqa klubunda isə 12 oyunda 2 dəfə fərqlənməyi bacarıb.
27 yaşlı hücumçu ötən ilin yayında azad agent kimi Almaniya klubu "Nürnberq"ə qoşulub və karyerasını yansıdan bir mövsüm keçirib - enişli-çıxışlı. Yekunda isə Bundesliqa 2-də 10 qol və Almaniya Kubokunda isə 1 qol vururaq Avropadakı ən məhsuldar mövsümünü təkrarlayıb.
Əslində, bir azərbaycanlı futbolçu üçün heç də pis karyera siyahısı deyil.
Xorvatiyanın ən güclü klubu - "Dinamo" (Zaqreb), Polşa çempionatında ən çox çempion olan - "Legiya" (Varşava), köhnə günlərindən uzaq olsa da, Almaniya futbol tarixinin "Bavariya"dan sonra ən çox çempion olan klubu - "Nürnberq".
Görək, Mahir Emrelinin növbəti klubu hansı olacaq?



