İngiltərənin "Hall Siti" klubu yeni baş məşqçi arayışındadır.

Offsideplus.az xəbər verir ki, Çempionşipdə çıxış edən "şirlər" bu postu Emre Belözoğluna etibar etmək istəyir.

Bu barədə "Hull Daily Mail" məlumat yayıb.

Emre hazırda "Antalyaspor"u çalışdırır. Onun komandası 43 xalla Super Liqada 12-ci yerdədir.

Əlavə edək ki, "Hall Siti"nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır. Onlar cari mövsüm son anda Çempionşipdə qalmağı bacarıblar.