Türkiyə 1-ci lıqasında mövsüm başa çatıb.

Offsideplus.az xəbər verir ki, "Ankaragücü" son turda "Amedspor" ilə qarşılaşıb. Ankara təmsilçisi matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.

Lakin bu qalibiyyət onların aşağı yuvarlanmağının qarşısını almayıb. Onlar "Pendikspor" və "Manisa" ilə eyni xala malik olsalar da, şəxsi oyunlardakı nəticəyə görə sonda 17-ci yeri tutublar.

Onlar növbəti mövsüm 3-cü liqada mübarizə aparmalı olacaq. Bu, Ankara klubunun tarixində ikinci dəfə baş verəcək.

Əlavə edək ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov mövsümün ilk yarısında "Ankaragücü"ndə çıxış edirdi. O, daha sonra "Radomyak"a transfer olub.