"Arsenal"ın futbolçusu Jorjinyo karyerasını Braziliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Flamenqo" onun transferini bitirməyə yaxındır. "Qırmızı-qaralar" 33 yaşlı futbolçuya 2028-ci ilin yayına qədər müqavilə təklif edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Əslən braziliyalı olan Jorjinyo 2010-cu ildən bəri Avropada çıxış edirdi.

O, İtaliya yığmasının heyətində 57 oyuna çıxıb və 5 qol vurub.