İran Futbol Federasiyası Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Məsud Soltanifər Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşündə deyib. Nazir və səfir arasındakı görüşdə ölkələr arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.