"Santos"a qayıdan Neymar "Atletiko Mineyro" ilə matçda zədələnərək meydanı erkən tərk etməli olmuşdu.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu 4-6 həftə meydanlardan uzaq qalmalı olacaq.
Bu barədə "ESPN" saytı məlumat verib.
Neymar bu ilin yanvarında yetirməsi olduğu "Santos"a qayıdıb. O, köhnə-yeni klubunda 9 oyunda 3 qol vurub və eyni sayda məhsuldar ötürmə etməyı bacarıb.



