Kevin De Bruynenin cari mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatır.
Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu karyerasını Səudiyyə Ərəbistanda davam etdirə bilər. Onunla 2-ci liqa klubu NEOM yaxından maraqlanır.
Bu barədə "Daily Star" məlumat yayıb.
NEOM hazırda ən yaxın rəqibinin 10 xal önündə liderdir. Onların gələn mövsüm yuxarı liqada çıxış etmək şansı yüksəkdir.
Əlavə edək ki, bu klubda Said Benrahma, sabiq "Qalatasaray"lı Mbaye Dian kimi futbolçular da çıxış edir.