İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola klublararası dünya çempionatında iştiraka və mümkün qələbəyə görə pul mükafatına layiq olmadıqlarını bildirib.

Offsideplus.az xəbər verir ki, ispan çalışdırıcı mövsümü zəif keçirdtikləri üçün belə fikirdə olduğunu söyləyib.

"Biz bu mövsüm bonusa layiq deyilik. Nə məşqçi, nə xidməti personal, nə də futbolçular. Əgər dünya çempionatına qalib gələriksə, bu məbləğ hamısı klubun inkişafına yönəldilməlidir", - deyə Qvardiola vurğulayıb.

"Mançester Siti"yə təkcə sözügedən yarışda iştiraka görə təxminən 25,9 milyon ABŞ dolları mükafat veriləcək. Turnirin qalibi 125 milyon dollar qazanacaq.

Klublararası dünya çempionatı bu ilin 15 iyun - 13 iyul aralığında ABŞ-da keçiriləcək.