PSJ-nin sahibi və prezidenti Nasser Əl-Xelaifi futboldakı fəaliyyətini daha da genişləndirilməsi istəyir.

Offsideplus.az xəbər verir ki, qətərli biznesmen 2027-ci ildə FIFA prezidenti olmaq niyyətindədir.

Bu barədə tanınmış jurnalist Fabyen Tuaxti məlumat yayıb.

"Mən bu barədə bir çox imkanlı şəxslərdən eşitmişəm. Onların içərisində Qətərdən olanlar da var. Bu cür təsir gücünə malik şəxslərin sözlərini iqnor etmək olmaz", - deyə o qeyd edib.

Onu da əlavə edək ki, 2015-ci ildən bəri FIFA-ya İtaliya və İsveçrə vətəndaşlığı olan Canni İnfantino rəhbərlik edir. O, 2019-cu və 2023-cü ildə keçirilən seçkilərdə yeganə namizəd olub.