PAOK-da çıxış edən Kiril Despodov vətəni Bolqarıstanda ilin futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı cinah hücumçusu ardıcıl 4-cü dəfə bu mükafata layiq görülüb.
Despodov 2023-cü ildən PAOK-da çıxış edir. O, cari mövsümdə 43 oyunda 8 qol vurub və 12 məhsuldar ötürmə edib.