Fatih Terim Səudiyyə Ərəbistanda mart ayının ən yaxşı baş məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin çalışdırdığı "Əl-Şabab" ötən 2 qələbə qazanıb və 1 heç-heçə edib. Onun komandası bu 3 oyunda 10 qol vurmağı bacarıb.
F. Terim ötən ilin dekabrından S. Ərəbistanında çalışır. "Əl-Şabab" hazırda 43 xalla 6-cı yeri tutur.