Məşhur italiyalı məşqçi Klaudio Ranyeri futbol üzrə Meksika millisinə rəhbərlik etməklə bağlı təklif alıb.
Offsideplus.az xəbər verir ki, Meksika Futbol Federasiyası Ranyeriyə 2022-ci ilə qədər müqavilə təklif edir. Belə olan halda, məşqçi komanda ilə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində işləmək imkanı qazana bilər.
Bundan əvvəl Klaudio Ranyeri İngiltərənin Leicester klubunun baş məşqçisi postuna dönməkdən imtina etmişdi.