"Boluspor" baş məşqçisi yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, klub prezidenti Savaş Abak "Anadolu Ajansı"na açıqlamasında Arif Ufuk Kahraman ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyini bildirib.

Savaş komandanın "sükanı arxası"na Yalçın Koşukavakın gətirildiyini qeyd edib. Mütəxəssis ilə mövsümün sonuna qədər kontrakt imzalanıb.

Xatırladaq ki, millimizin futbolçusu Vüsal İsgəndərli "Boluspor"un formasını geyinir.