Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü"nün yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Mustafa Dalcı gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2024/25 mövsümündə "Adana Demirspor" və "Sakaryaspor"u çalışdıran mütəxəssis üçün paytaxt təmsilçisi bir mövsüm ərzində üçüncü iş yeri olacaq.
Qeyd edək ki, Türkiyə I Liqasında mübarizə aparan "Ankaragücü" XXIII turdan sonra 30 xalla 14-cü sırada qərarlaşıb.



