"Qarabağ" və Türkiyənin "Qalatasaray" klubu arasında növbəti yoldaşlıq matçı keçiriləcək.

Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin İdarə Heyətinin üzvü Emin İmanov açıqlama verib. O, bildirib ki, matçın tarixi hələ müəyyənləşməyib, lakin ən yaxın zamanda baş tutacaq.

Emin İmanov, "Qarabağ"la əməkdaşlığın yüksək səviyyədə davam etdiyini vurğulayıb və əlavə edib ki, bu il bir yoldaşlıq oyunu daha keçirilməsi planlaşdırılır. Oyun İstanbulda baş tutacaq və hər iki komanda Avropa Liqasında mübarizə aparır. Bu səbəbdən, hər iki klubun oyun qrafikləri sıx olsa da, danışıqların davam etdiyini və yaxın vaxtda oyunun təşkil olunacağı ümidini ifadə edib.