"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqibi olan "Olimpiakos" Yunanıstan çempionatının XVIII turunda "Aris"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə qonaqlar açsa da meydan sahibləri Kostoulasın "dubl"u ilə geri dönüş etməyi bacarıb.
Qarşılaşma "2-1" "Olimpiakos"un qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, təmsilçimiz yunan klubu ilə yanvarın 31-i səfərdə üz-üzə gələcək.