"Malta kimi ölkə üçün asan oyun olmur. Sabahkı matç da çətin keçəcək. Amma bizim öz planlarımız var. Taktiki cəhətdən yaxşı hazırlaşmışıq və əhval-ruhiyyəmiz yüksəkdir"
Offsideplus.az xəbər verir ki, bu sözləri Malta yığmasının müdafiəçisi Andre Aqius UEFA Millətlər Liqasının 4-cü turunda yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Kosovonu qrupun ən güclüsü adlandıran komandanın kapitanı bunları əlavə edib: "Kosovonu gələcəkdə C liqasında görürəm. Onların futbolçularının hansı klublarda oynadığını bilirsiniz. Biz üzərimizdə işləməli və təkmilləşməliyik. Hər bir Malta vətəndaşı da bizə dəstək olmalıdır. Qrupda hər 3 matçda qol vursaq da, sonuncuyuq. Səhvlərimizin üzərində işləməliyik".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.(qol.az)