"Sabah çox çətin oyun olacaq. Üç gün ərzində ikinci səfər oyunumuza çıxacağıq. Bundan başqa, Farer adaları üzərində qələbə Azərbaycan millisi üçün böyük motivasiyadır".
Offsideplus.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının 4-cu turunda Azərbaycan millisi ilə sabah Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Kosovo ilə görüşdə 1:1 hesabını qoruya bilmədiniz və məğlub oldunuz. Oyundan hansı nəticələri çıxardınız?
- Kosovo çox çətin komandadır. Azərbaycan da həmçinin. Səhv etməməyə çalışacağıq. Müdafiədə kompakt oynamaq lazımdır.
- Malta hazırda qrupda sonuncu yerdədir. Rəqiblərlə aradakı xal fərqi artacaq?
- Aramızdakı xal fərqinin get-getdə artacağını deməzdim. Mən yeni komanda qurmağa başlamışam. Bu, bizim üçün keçid dövrüdür. Heyətə 4-5 nəfər gənc futbolçu cəlb etmişik.
- Heyətdə zədəlilər var?
- Zədəlilərimiz yoxdur. Amma iki önəmli futbolçumuz - Zak Muskat və Luk Qambin bizimlə deyil. Maykl Mifsud isə cəzalıdır.
- Kosovo və Azərbaycanı necə müqasiə edərdiniz?
- İlk oyuna baxmışam. Komandalar arasında ciddi fərq yoxdur. Amma Azərbaycan bu rəqiblə səfərdə oynaycaq. Çətin olacaq.(qol.az)