UEFA Millətlər Liqasının IV turunda Azərbaycan millisinin qonağı olan Malta yığması Bakıda ilk məşqinə çıxıb.
Offsideplus.az xəbər verir ki, Rey Farruciyanın baş məşqçisi olduğu komanda “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da məşq edib. Qısa sürən hazırlıq prosesində III turda Kosovo ilə səfər matçında iştirak etməyən oyunçular yer alıb.
Azərbaycan millisi ilə görüşdə Malta yığmasının heyətdə bir sıra dəyişikliklər olacaq. Kosovo ilə qarşılaşmada qırmızı vərəqə alan kapitan Maykl Mifsudu hücumda Alfred Effionq və ya Jan-Pol Farruciyanın əvəzləyəcəyi gözlənilir.
Baş məşqçi müdafiəçilər - zədəsini sağaldan Rayab Kamillerinin və cəzası başa çatan Jozef Zerafanın da xidmətindən yararlana biləcək.
Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyun saat 20:00-da başlayacaq. Bu kollektivlərin ilk görüşündə heç-heçə qeydə alınıb – 1:1. Üç turdan sonra D liqasının III qrupunda Kosovo 7 xalla 1-ci yerdədir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var. (report)