"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən biri olan "Styau" Rumıniya Çempionatında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, "Otelul Qalati" ilə qarşılaşan komanda "1-4" hesabı ilə qalib gəlib.
Xallarının sayını 30-a çatdıraraq 3-cü pillədə qərarlaşan "Styau" liderdən yalnız 1 xal geridədir.
Qeyd edək ki, "Qarabağ" ilə Rumıniya təmsilçisi arasına görüş yanvarın 23-də baş tutacaq.