"Neftçi” klubunun vingeri Kilan Lebonun çıxış etdiyi “Sent Martin” milli komandası KONKAKAF Millətlər Liqasında növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, sözügedən yığma səfərdə Qrenadanın qonağı olub.

Lebonun komandası görüşdən 3:0 qalib ayrılıb ki, qolların ikisini "Neftçi"nin legioneri vurub. O, 6 dəqiqə ərzində (87 və 90+3) dubl edib.