"Benfika"nın futbolçusu Anxel Di Mariya "Real"da çıxış etdiyi dönəmdə Messiyə qarşı keçirdiyi oyunlardan söhbət açaraq maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Barca Universe" məlumat yayıb. Təcrübəli vinger bunları söyləyib:

"Qvardiolanın "Barselona"sını məğlub etməyin yeganə yolu topu onlardan almaq idi. Yalnız döyüşməli və onlardan çox qaçmalıydın. Bu, meydanda təzyiqi və gərginliyi artırırdı. Belə matçlarda həmişə Messi haqda düşünürdüm. Onu zədələmək istəmirdim, amma Leonu saxlamağın başqa yolu da yox idi".