Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Edin Terziç gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib.
Offsideplus.az "Coaches Voice" istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:
"Mən karyeramın növbəti mərhələsinə hazıram. Növbəti fəslin harada və nə vaxt başlayacağını bilmirəm.Mən gənc çalışdırıcıyam. Amma baş məşqçi olduğum üç hər mövsüm kuboklar uğrunda mübarizə aparmağı bacarmışam. Xoşbəxtlikdən, ilk mövsümümdəcə birini, yəni Almaniya Kubokunu qazandım".
Qeyd edək ki, sözügedən mütəxəssis 2020-2021-ci illər mövsümündə, Dortmund "Borussiya"sında çalışıb.