Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas FIFA Klub Dünya Kuboku barədə maraqlı açıqlama verib.

Offsideplus.az "Marca" istinadən xəbər verir ki, ispaniyalı bunları söyləyib:

"FIFA prezidenti, özünüz də bilirsiniz ki, yarışı işıqlandırmaq üçün audiovizual hüquqlar əvvəllər dediyiniz büdcəyə satılmayıb. Sponsor dəstəyinin olmamasından xəbəriniz var. Bunu yığışdırın"

Qeyd edək ki, yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları çıxış edəcəklər.