"Latsio"nun prezidenti Klaudio Lotito Meyson Qrinvudun transfer edilə bilməməsinə maraqlı şəkildə reaksiya verib. 

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, klub rəhbəri bunları söyləyib:

"O, qətiyyən peşman deyil. "Latsio"ya gəlməyi qəbul etməyən biri peşman ola bilməz. O, Marseldə xoşbəxtdir. Biz muzdluları qəbul etmirik, yalnız "Latsio"nu seçənləri istəyirik"

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm "Marsel" ilə müqavilə imzalayıb.