Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku bir yığma komandada məşqçilik müddəti üzrə rekord müəyyənləşdirib.

Offsideplus.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumat verir.

Luçeskunun Rumıniya yığmasının başında ilk debüt matçından son oyununa qədər 42 il 336 gün keçib. Bununla da o, milli komandada ən uzun məşqçilik karyerası üzrə rekordçu olub.