Yurgen Klopun "Red Bull"la əməkdaşlığından sonra Almaniya mətbuatında mütəxəssislə bağlı maraqlı yazı dərc edilib.
Offsideplus.az xəbər verir ki, "T-online.de" nəşri çalışdırıcı haqda bunları qeyd edib:
"Klop bir neçə saniyə ərzində öz abidəsini məhv etdi. Azarkeşlərin gözündə Klopp şeytanla müqavilə bağlayır. Yurgen sanki özünü satdı və özünün şübhəsiz dürüstlüyünü göyərtədən atmış oldu".
Qeyd edək ki, oktyabrın 9-da Klop "Red Bull"un futbol əməliyyatları üzrə qlobal rəhbəri vəzifəsinə təyinat alıb.