Kafu "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti haqda maraqlı fikirlər səsləndirib.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, braziliyalı bunları söyləyib:
"Milan"da çıxış edərkən mənə dəstək olub. Xatırlayıram atam xəstə olan zaman Braziliyaya dönməyimə icazə vermişdi. Həmin zaman bizim vacib matçımız var idi. Bir sözlə Ancelotti o vaxt mənim üçün ata, məşqçi və dost idi"