Bir müddət öncə futbol agentlərinin FİFA lisenziyası alması üçün imtahan təşkil olundu.

Ölkəmizdən də çox sayda şəxslər bu prosesdə iştirak etdilər. Onlardan biri Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının üzvü Əsgər Cəfərzadə idi. Tanınmış idman vəkili imtahda uğurlu çıxış edərək FİFA lisenziyasına sahib olub. Bu gün qurum tərəfindən Əsgər bəyə lisenziya göndərilib. Tanınmış vəkil FİFA agenti olması ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Sevindirici məqamdır. Xalqımıza xeyir vermək üçün əlimdən gələni edəcəm. Azərbaycan futbolunun istedadlı gənclərini ölkə xaricinə çıxartmağa çalışacam. Görüləcək işlərimiz qarşıdadır. İmtahanda uğurlu nəticə əldə etməklə iş bitmir. Ölkəmizdə uşaq və qadın futbolunun inkişafı ilə bağlı da səylər göstərəcəm. Uğurlu strategiya hazırlayaraq işlər görməyə çalışacam".