Bir müddət əvvəl Lənkəran şəhər stadionunda təmir işlərinin başlayacağı ilə bağlı məlumatlar yayılmışdı.
Hətta "Xəzər Lənkəran"ın himyədarı "Palmali" şirkətlər qrupu da iddianı təsdiqləmişdi. Lakin işlər hələ başlamayıb. Görəsən, nə baş verdi? İşlər nə üçün başlamayıb? Sualımızı arenanın direktoru Höccət Hacıyev ünvanladıq. Stadionun rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Müəyyən səbəblərə görə, arenada təmir işləri hələ başlamayıb. Hazırda yenilik yoxdur. Stadiona şirkət tərəfindən baxış keçirilib, qiymətləndirmə olub. İşlərin başlamasına maliyyə də problem yaratmır. Sadəcə, gecikməyə səbəb nədir bilmirəm. Amma vəziyyət elədir ki, işlərimiz yaxın günlərdə də başlaya bilər".