Bu gün Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, "ay-ulduzlular"ın azarkeşləri rəqib komandanın futbolçularının gecə saatlarında istirahət etməsinə imkan verməyiblər.
Belə ki, bir qrup tərəfdar Avstriya üzvlərinin Leytspiqdəki qaldığı hotelin önündə atəşfəşanlıq ediblər. Bununla da onlar rəqibə təzyiq göstərməyə çalışıblar.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.