Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu bu gün "Qarabağ"ı ziyarət edəcək.

Offsideplus.az məlumatına görə, veteran futbolçu Ağdam klubunun bazasında olacaq. O, baç məşqçi Qurban Qurbanov və bir qrup futbolçu ilə görüşəcək.

Qeyd edək ki, 48 yaşlı sabiq müdafiəçi "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak etmək üçün ölkəmizə gəlib. (Qol.az)