Avropanın ən güclü liqalarının siyahısı bəlli olub.

Offsideplus.az xəbər verir ki, İFFHS-in açıqladığı reytinq cədvəlində “Köhnə qitə”nin 53 milli çempionatı yer alıb.

Ümumi sıralamada 40-cı olan Misli Premyer Liqası Avropada 26-cıdır. Çempionatımızın hesabında 429,75 xal var.

Qeyd edək ki, dünya reytinqinə Avropanın üç ölkəsi başçılıq edir. İtaliya A seriyası (1619,5) 1-ci, İngiltərə Premyer Liqası (1567) 2-ci, İspaniya La Liqası (1447) 3-cüdür.