"Neftçi" qış fasiləsində heyətini gücləndirə bilər.

Offsideplus.az xəbər verir ki, flaqman Plovdiv "Lokomotiv"inin vingeri Alfa Konte ilə maraqlanır. Bu məlumatı Bolqarıstanın "kotasport.com" saytı yayıb. İnformasiyada bildirilir ki, "Neftçi" afrikalı üçün 150 min avro təzminat ödəməyə hazırdır. 

Plovdiv təmsilçisi keçidə müsbət yanaşır. Çünki klubun sierra leoneli futbolçuya borcu var. 

Qeyd edək ki, 23 yaşlı vinger bu mövsüm 21 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.