Misli Premyer Liqasının 14-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (4:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Offsideplus.az 43 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
“Maraqlı oyun alındı. İlk turdan komandamı hücumda belə rəngarəng görmək istəyirdim və tələb edirdim. Bu matça müəyyən planlarımız var idi. Fasilə dövründə bunun üzərində çalışırdıq. Sevindiricidir ki, istədiyimiz meydanda alındı. Komandanı təbrik edirəm. Qələbə qazandıq, amma daha yaxşı cəhd etməliyik. Komandanın potensialı var və inanıram ki, oyundan-oyuna daha sanballı “Qəbələ” görəcəyik. Sürətli hücumlar qurmaq üzərində işlədiyimiz elementlərdən biridir. Hücumameylli futbolçularımızın hamısı sürətlidir. Daha çox dominant futbol oynamağa çalışırıq. Top həmişə bizdə olmur, komandanın qarşısına onu ələ keçirdikdə sürətli əks-hücumlar qurmaq tapşırığını da qoyuruq. Bilel Auaşeriya universal futbolçudur, hər üç mövqedə oynaya bilir. Bizim bu matça planımızın tərkib hissəsi Bilelin “9 nömrə” kimi oynaması idi. Rəqibə görə oyunumuzu qururuq. Bileli də, bizim ehtiyatda olan futbolçularımızı da həmin mövqedə görə bilərik. Oyun planında çox artırmalıyıq. Topa daha çox nəzarət etməliyik. İnanıram ki, bu da oyundan-oyuna daha yaxşı olacaq. Bilirik ki, “Qarabağ” çempionatımızın hegemonudur. Bizim də bu oyuna planımız var. Onlara qarşı da hazırlaşıb uğurlu nəticəyə köklənəcəyik”.