"Bayer"lə Avropa Liqası qrup mərhələsi oyununda (0:1) dizindən zədə alan "Qarabağ"ın qapıçısı Andrey Lunyovun son durumu bəlli olub.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Offsideplus.az-a verdiyi açıqlamada rusiyalı qolkiper 10 gün sonra yüngül məşqlərə başlayacaq.
"Dizindən xəsarət almışdı, MRT müayinəsindən keçib. Həkimlərin qərarına əsasən, 10 gün sonra yüngül məşqlərə başlayacaq. İlkin analizlərin cavabı belədir".
Qeyd edək ki, "Qarabağ"ın AL-də növbəti oyunu noyabrın 30-da "Molde"yə qarşı olacaq.